Azərbaycanlıların Soyqırımı Günü Kürdəmirdə qeyd edildi
Martın 31-də Kürdəmir rayon Mədəniyyət Evində 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri,hüquq-mühafizə orqanlarının rəhbərləri,ziyalılar,ağaqqallar,gənclər,məktəblilər, idarə,müəssisə və təşkilatların kollektivləri, eləcədə rayonda məskunlaşmış məcburi köckün və qaçqınlar iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev ermənilərin zaman-zaman Azərbaycanlılara və türklərə qarşı soyqırımı,etnik təmizləmə siyasətindən,bu siyasətin törətdiyi ağır fəsadların faciələrindən danışdı,eyni zamanda 31 martın Azərbaycanlıların Soyqırımı günü kimi qeyd edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli Fərmanın əhəmiyyətini,həmçinin bu fərmandan irəli gələn vəzifələrin dövlətimizin başçısı cənab İlham Əliyevin böyük diqqət və qayğıları sayəsində uğurla həyata keçirildiyini dərin minətdarlığ hissi ilə qeyd etdi. Azərbaycan dövləti xalqımızın üzləşdiyi soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması və erməni faşiziminin ifşası üçün dünyada fəal iş apardığını bildirdi.
Tədbirdə C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Teatrının hazırladığı “Soyqırım tarixinin dastanı” adlı tamaşa nümayiş etdirilmişdir.
İstedadlı çıxışına görə İrəvan Azərbaycan Dövlət Teatrının kollektivinə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısının fəxri Fərmanı təqdim olunmuşdur.