Kürdəmirdə Azərbaycanın Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 95-ci ildönümü qeyd olundu
Martın 28-də rayonun Heydər Əliyev Mərkəzində Azərbaycanın Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev, MTN Kürdəmir rayon şöbəsinin rəhbərliyi və əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə təzə gül-çiçək dəstələri qoymuş,xatirəsini ehtramla yad etmişlər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev ələmətdar yubiley münasibəti ilə məruzə etmişdir.
Mərasimdə MTN Kürdəmir rayon şöbəsinin rəisi Babək Məmmədov,rayon prokuroru Əlixan Əliyev,rayon polis şöbəsinin rəisi Oqtay Məmmədov,rayon məhkəməsinin sədri Sulduz Ləzimov çıxış etmişlər.
Məruzə və çıxışlarda Ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın Milli Təhlükəsizlik orqanlarındakı misilsiz tarixi xidmətlərindən, Azərbaycan Milli Təhlükəsizlik orqanlarının inkişafı naminə göstərdiyi fədakarlıqdan ,eləcədə Respublika prezidenti İlham Əliyevin Ulu öndər Heydər Əliyev ənənələrinin uğurlu davamı kimi Milli Təhlükəsizlik orqanlarının fəaliyyətinə göstərdiyi diqqət və qayğılar barədə konkret faktlar əsasında söhbət açmışlar.
Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevin Milli Təhlükəsizlik orqanlarının inkişafı ilə əlaqədar göstərdiyi xidmətləri,diqqət və qayğıları əks etdirən “Tarixin bir günü” adlı sənədli film nümayiş etdirilmişdir.