Kürdəmirdə tikinti,abadlıq və quruculuq işləri davam edir
Ötən il olduğu kimi bu ildə rayonumuzda geniş tikinti,abadlıq və quruculuq işləri davam etdirilir.Şəhərin küçə və prospektləri tikinti meydançasını xatırladır, istinad divarları milli memarlıq üslubunda tikilir, müasir işıq dirəkləri quraşdırılır, divarlar ağlay materialı və keramik tavalarla üzlənir, piyada yolları mozaik beton elementlərlə düzəldilir.
Keçən il şəhərin abadlaşdırılması işləri xeyli sürətlənmişdir.Belə ki, 2013-cü ildə 2012-ci ilə nisbətən 2,2 dəfə çox 82 360 m2 asfalt vurulmuş, 3,5 dəfə çox 12 831 m2 divar ağlayla üzlənmiş , 2 dəfə çox 9 908 p/m bardür düzülmüş ,3,5 dəfə çox 10 680 m2 piyada yollarına mozaik beton tavalar döşənmiş, 3100 p/m yeni işıqlanma xətti çəkilmiş, 155 ədəd işıqlanma dirəyi quraşdırılmışdır.
Şəhərin mərkəzində nəqliyyat sıxlığını azaltmaq və maneəsiz hərəkətin təmin edilməsinə şərait yaratmaq məqsədi ilə uzunluğu 2050 metr olan Vaqzalyanı Meydanla Sabir küçəsındən və Kürdəmir Tıcarət Mərkəzinin qarşısından keçməklə Bakı prospektini birləşdirən , uzunluğu 2100 metr olan Babək, X.İslamzadə, M.Ə.Rəsulzadə küçələrini birləşdirən və uzunluğu 2850 metr olan İsmət Qayıbov, Aşıq Şakir küçələrini Xırdapay kəndinin ərazisindən keçməklə Bakı prospekti ilə birləşdirən dolama yollarına əsası yenidən işlənilməklə, yeni asfalt örtüyü vurulmuşdur ki, bu da rayon və eləcə də şəhər əhalisi tərəfindən rəğbətlə qarşılanmışdır. Uzunluğu 1700 metr olan Vaqif küçəsinin dörd zolaqlı yola rekonstruksiyası başa çatdırılmış, yol boyunca dekorativ hasarlar çəkilmiş, əsası yenidən işlənilməklə yeni asfalt örtüyü vurulmuş, yeni ikitərəfli piyada yolları çəkilmiş, 39 ədəd müasir tipli işıqlanma dirəkləri quraşdırılmışdır.
Uzunluğu 20 metr , hündürlüyü 8 metr olan rayona giriş monumentinin quraşdırılmasına hazırlıq işləri aparılır.Mirzə Fətəli Axundov küçəsində beton səki daşlarının mozaik tavalar düzəldilməsinə və asfalt örtüyünün vurulmasına ,Şəhriyar küçəsində asfalt örtüyünün vurulmasına başlanacaqdır.
Hazırda şəhərin Heydər Əliyev prospektində və Babək küçəsində yenidənqurma və abadlıq işləri davam etdirilir, vağzalyanı ərazidə 3 fəvvarələrdən ibarət kompleks inşa edilir.Heydər Əliyev parkında drenaj şəbəkəsi işlənilir və asfalt örtüyü vurulur.
Rayonun Şəhidlər xiyabanında məzar daşları qranit materialı ilə yenidən qurulur,xiyaban rekonstruksiya edilərək əsaslı təmir olunur və yeni abidə tikilir.
Mürtülü və Xınıslı kənlərində 180 şagird yerlik kənd tam orta məktəbinin binalarının tikintisi davam etdirilir.
Bu ildə də Su və kanalizasiya xətlərinin çəkilişləri davam etdiriləcəkdir.