Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalı səsləyir bizi” mövzusunda tədbir keçirildi

27 fevral 2014 | 16:00

Fevralın 26-da Kürdəmir şəhər 3 saylı tam orta məktəbin akt zalında məktəblilərin ifasında “Xocalı səsləyir bizi” mövzusunda ədəbi-bədii kompozisiya dinlənilmişdir. Tədbirin məqsədi ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımın mahiyyətini böyüməkdə olan gənc nəslə çatdırmaqdan ibarət olmuşdur.
Tədbir iştirakçıları ilk öncə məktəblillərin hazırladığı ,  Xocalı faciəsini özündə əks etdirən  rəsmlərə və  əl işlərindən ibarət sərgiylə tanış olumuşlar.
Tədbirin açlışında Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və faciə haqqında video-çarx izlənilmişdir.
Daha sonra məktəblillərin ifasında “Xocalı səsləyir bizi” mövzusunda ədəbi-bədii kompozisiya təqdim edilmişdir.

Keçidlər