Kürdəmirdə Xocalı faciəsinin qurbanları yad edilir
Fevralın 25-də rayonun Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin iyirimi ikinci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdən öncə Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev rayonda müvəqqəti məskunlaşmış Xocalı sakinlərini qəbul etmiş, onların qayğı və problemləri ilə maraqlanmış və onlara maddi yardımlar göstərilməsi təmin olunmuşdur.
Sonra tədbir iştirakçıları Mərkəzin Sərgi salonunda təşkil edilmiş “ Xocalı soyqırımı uşaqların gözü ilə” mövzusunda rəsmlərə, əl işlərinə və kitablardan ibarət sərgiylə tanış olumuşlar.
Tədbirin açlışında Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və faciə haqqında video-çarx izlənilmişdir.
Tədbirdə “Xocalı faciəsi Azərbaycan tarixinin ən qanlı səhifəsidir”mövzusunda rayon Təhsil şöbəsinin müdir müavini Əsgər Hüseynov, “Xocalı faciəsi bəşəriyyətə qarşı cinayətdir” mövzusunda şəhər 1 saylı tam orta məktəbin tarix müəllimi Gülbəniz İbrahimova,”Xocalı faciəsi XX əsrin ən dəhşətli hadisələrindəndir” mövzusunda şəhər 3 saylı tam orta məktəbin müəllimi Xəyalə Veyisova,habelə rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Vaqif Alıyev bu qanlı faciə ilə əlaqədar ətraflı məlumatlar vermişlər.
Xocalı sakini Elmar Şahverənov çıxış edərək tədbirin hazırlanmasında əməyi keçən hər bir şəxsə,məktəblilərə və onlara hər zaman qayğı ilə yanaşan kürdəmirlilərə öz minətdarlıqlarını bildirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyev çıxış edərək Xocalı faciəsinin törədilməsi səbəblərindən ,tarixən ermənilərin azərbaycanlılara və türklərə qarşı törətmiş olduqları soyqırıma Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə siyasi qiymət verdiyindən, eləcədə ölkə başçısı cənab İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasətdən ətraflı sohbət açmışdır.