Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Cəsurlar Hərbi-idman və turizm oyunları keçirildi

24 fevral 2014 | 16:00

      Fevralın 24-də Kürdəmir rayon Mərkəzi stadionunda Cəsurlar Hərbi-İdman və turizm oyununun rayon birinciliyi keçirilmişdir. Birinciliyin keçirilməsində əsas məqsəd gənclərimizin fiziki cəhətdən hazırlıqlarının yoxlanılması və vətənpərvərlik ruhunun düzgün aşılanmasıdır.
Yarışda rayonun  ümumtəhsil məktəblərinin 35 komandası iştirak etmişdir.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Əbülfət Mikayılov komandalara  Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı  İrşad Əliyevin salamlarını çatdıraraq onlara yarışlarda uğurlar arzu etmişdir.
Sonra oyunların başlanması açıq elan olunaraq mərhələlərə start veildi. Sira hazırlığını Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon  şöbəsinin əməkdaşı Baş leytenant Cəfərov qəbul etdi.
Yarışın yekun nəticələrinə görə yerlər aşağıdaki kimi müəyyiyən olunmuşdur.
Yarışda Cöhranlı kənd tam orta məktəbin cəsurları I yer,şəhər 4 saylı orta məktəbin cəsurları II yeri, şəhər 1 saylı orta məktəbin cəsurları III yeri tutmuşlar.
Yekunda qalib komandalara mükafatlar və fəxri fərmanlar təqdim olunmuşdur.

Keçidlər