Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Kürdəmir rayon təkilatının Qadınlar Şurası Xocalı faicəsi ilə əlaqədar anım tədbiri keçirdi

25 fevral 2014 | 16:00

           Fevralın 24-də rayonun Heydər  Əliyev Mərkəzində  Xocalı faciəsinin 22 -ci ildönümü ilə əlaqədar  YAP Kürdəmir rayon təşkilatının Qadınlar Şurası anım tədbiri keçirmişdir.
        Tədbir  iştirakçıları ilk öncə  Ulu Öndərin abidəsini ziyarət etmiş , daha sonra torpaqlarımızın və ərazi bütövlüyümüzün qorunması yolunda canlarından keçmiş şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının ruhunu bir dəqiqəlik sükutla yad etmişlər.
         Sonra rayon təşkilatının Qadınlar Şurasının sədri Elmira Şıxəliyeva giriş sözü söyləmişdir. Natiq  Xocalı hadisələri haqqında məlumat verərək ermənilərin Azərbaycan xalqının başına açdığı müsibətlərdən, 22 il əvvəl ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən danışmışdır O, qeyd etmişdir  ki, XX əsrin sonunda baş vermiş Xocalı faciəsi  təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Elmira Şıxəliyeva vurğulamışdır  ki,  siyasi – hüquqi qiyməti  Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmiş bu faciə haqqında əsl həqiqətlərin bütün dünyaya çatdırılması, dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən faciənin soyqırımı kimi tanınması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev uğurlu siyasət aparır. Soyqırımın dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun xidmətlətri də  hər birimiz tərəfindən yüksək qiymətləndirilir.Məhz Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili Mehriban Xanım Əliyevanın təşəbbüsü ilə bir sıra ölkələrdə Xocalı soyqırımı ilə bağlı bir sıra tədbirlər həyata keçirilir.
      Tədbirdə  Heydər  Əliyev Mərkəzinin  elmi işçisi Elnarə Bayramova, Muradxan kənd İcra Nümayənsi Elza Dünyamalıyeva , şəhər 4 saylı uşaq bağçasının müdiri Maya Məmmədova çıxış etmişlər. Onlar vurğulamışlar ki, Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni-şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir, XX əsrin ən dəhşətli, bəşər tarixində ən qanlı olaylardan biridir. Natiqlər qeyd etmişlər ki, Xocalı faciəsi mövcud beynəlxalq hüquq normalarına görə birmənalı şəkildə soyqırım kimi qəbul edilməli olduğu halda , hələ də bu vəhşilik  nüfuzlu beynəlxalq təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri tərəfindən lazımı qiymət almamışdır.Onlar dərin  inam hissi ilə  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin apardığı haqq işinin  qalib gələcəyini vurğulamışlar.
        Sonda dəyirmi masa iştirakçıları “Xocalı harayı” adlı sənədli filmə  tamaşa etmişlər.

Keçidlər