Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalı faciəsi uşaqların gözü ilə”

21 fevral 2014 | 16:00

Fevralın 20-də Kürdəmir şəhər 1 saylı körpələr evi – uşaq bağçasında  Xocalı faciəsinin 22 -ci ildönümü ilə əlaqədar  anım tədbiri keçirilmişdir.
              Tədbir   iştirakçıları  əvvəlcə torpaqlarımızın və ərazi bütövlüyümüzün qorunması yolunda canlarından keçmiş şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının ruhunu bir dəqiqəlik sükutla yad etmişlər.
         Sonra  bağçanın müdiri  Sevda Hacıyeva giriş sözü söyləmişdir. O,  Xocalı hadisələri haqqında məlumat verərək ermənilərin zaman-zaman Azərbaycan xalqının başına açdığı müsibətlərdən, 22  il əvvəl ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən danışmışdır. XX əsrin sonunda baş vermiş Xocalı faciəsi  təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Sevda Hacıyeva  vurğulamışdır  ki,  siyasi – hüquqi qiyməti  Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmiş bu faciə haqqında əsl həqiqətlərin bütün dünyaya çatdırılması, dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən faciənin soyqırımı kimi tanınması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev uğurlu siyasət aparır. Bu siyasətin nəticəsində beynəlxalq miqyasda Xocalı soyqırımı haqqında obyektiv fikir formalaşır.
        Tədbirdə rayonun bütün  bağçalarının uşaqları iştirak edərək Xocalı  faciəsi  ilə əlaqədar səhnəciklər təqdim etmiş, şeirlər söyləmiş, müxtəlif  ədəbi-bədii  kompozisiyalar nümayiş etdirmişlər.

Keçidlər