Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirin Çöhranlı və Bağman kəndlərinə təbii qaz verildi

12 fevral 2014 | 16:00

Kürdəmir rayonunun 1400 nəfər əhalisi olan Çöhranlı və 600 nəfər əhalisi olan Bağman  kənlərinə uzun fasilədən sonra təbii qazın verilməsi bərpa edilmişdir.
Çöhranlı kəndinə təbii qaz 27 kilometr məsafədən 315 millimetrlik polietilen  boru ilə gətirilmişdir. Kənd daxilində 15 min 234 metr müxtəlif diametrli polad  borulardan istifadə edilmiş, 247 ev sayğaclaşdırılmışdır.
Kəndə mavi yanacağın  verilməsi  təntənəli mərasimlə qeyd  olunmuşdur. Mərasimdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının müavini Arzu Şahbazov, “Azəriqaz” İstehsalat Birliyinin məsul işçisi Azad Ağayev son illər Respublikamızda, o  cümlədən  Kürdəmirdə sosial-iqtisadi sahələrdə  qazanılan  uğurlardan,Ulu öndərimizin siyasi-iqtisadi kursunun ən layiqli davamçısı  Prezident İlham Əliyevin bölgələrdə əhalinin  sosial  problemlərinin  həllinə göstərdiyi diqqət və qayğıdan ətraflı bəhs etmişlər. Göstərilmişdir ki, artıq rayon əhalisinin 53,2 faizi təbii qazdan istifadə edir.Hazırda rayonun Sığırlı–Çöhranlı marşurutu üzrə 4 kəndin – Karrar, Garış-Əyribənd, Muğanlı, Xınıslı kəndlərinin və Karrar qəsəbəsinin qazlaşdırılması işləri görülür. Artıq bu istiqamətdə 45,3 kilometr daşıyıcı kəmərlərin çəkilişi başa çatdırılmışdır. Şilyan və Qarasu kəndlərinə mavi yanacaq verilməsi üçün 9 kilometr daşıyıcı kəmər çəkilmişdir.
Mərasimdə kənd sakinlərindən Hacı Möhkəm İsmiyev, Allahverdi  Hacıyev,Mələk Məmmədova , Nurəddin Nəsibov çıxış edərək uzun fasilədən sonra kəndlərinə təbii qazın verilməsi münasibətilə böyük sevinc hissi keçirdiklərini , onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı İrşad Əliyevə və “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.
Yekunda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev uzun fasilədən sonra Çöhranlı kəndinə təbii qazın verilməsi münasibətilə  kənd sakinlərini  əlamətdar gün münasibətilə təbrik etdi, onlara ən səmimi və xoş arzularını  çatdırdı, “”mavi alov”un hər bir evə hərarət və bərəkət gətirməsini arzuladı.ölkə vətəndaşlarının, xüsusilə bölgələrdə yaşayanların rifah halının yaxşılaşdırılması və həyat şəraitinin yüksəldilməsi üçün var qüvvəsi ilə çalışan cənab Prezident İlham Əliyevə bütün rayon sakinləri adından minnətdarlığını bildirdi.
Sonda sürəkli alqışlar altında rəmzi  məşəl alovlandırıldı.

Keçidlər