Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon gəncləri “Gənclər günü”nü qeyd etdilər

01 fevral 2014 | 16:00

Yanvarın 31-də Kürdəmir şəhərinin “Kürdəmir “ sarayında  2 fevral- Gənclər Gününə  həsr olunmuş rayon gəclərinin  bayram şənliyi keçirildi.
İlk öncə bir qrup gənc Ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər-çiçək dəstələri düzdülər.
Zalın girişindəki foyedə  rayon gənclərinin əl işlərindən ibarət olan sərgiyə baxış keçirildikdən sonra tədbirin bədii hissəsi başlanıldı.  Şənliyin aparıçıları gəncləri salamlayaraq   bildirdilər ki, bu tarixi günü bizə gəncləri daim diqqət mərkəzində saxlayan, heç bir qayğısını onlardan əsirgəməyən Ulu Öndər, müdrik ata Heydər Əliyev 01 fevral 1997-ci il tarixdə imzaladığı Sərəncamı ilə bəxş etmişdir. Ulu Öndərin siyasi kursunun davamçısı, gənclərin lideri, onları daima irəli səsləyən İlham Əliiyev kimi Prezidentimiz var və biz gənclər də onun davamçılayırıq.
Tədbirdə iştirak edən Kürdəmir rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar işlər üzrə müavini Əbulfət Mikayilov rayon gənclərini salamlayaraq onları Gənclər Günü münasibəti ilə  təbrik etdi . O, öz çıxışında Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan gənclərinin diqqət və qayğısından ,bu kursun Möhtərəm Prezidentimizin cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirərək cənab Prezidentimizin rayonumuza tarixi səfərləri zamanı Kürdəmir Olimpiya İdman Kompleksi və Gənclər Evinin,Heydər parkının,Heydər Əliyev Mərkəzinin kürdəmirli gənclərə ən böyük töhvə olduğunu qeyd etdi.Rayonda gənclərin fiziki,elmi,mənəvi inkişafının ,hərbi vətənpərvərlik ruhunda tərbiyyə edilməsi istiqamətində rayon İcra Hakimiyyəti Başçısı İrşad Əliyevin həyata keçirdiyi tədbirlər barədə söhbət açdı.
Tədbirdə il boyu müxtəlif sahələr üzrə fərqlənən gənclərə hədiyyələr təqdim edildi.
Bayram şənliyi rayonumuzun istedadlı gənclərinin təşkil etdiyi musiqi nömrələri ilə davam etdirildi.

Keçidlər