Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət və gənclər siyasəti”mövzusunda dəyirmi masa keçirildi

31 yanvar 2014 | 16:00

Yanvarın 30-da Kürdəmir rayonunun “Gənclər Evi”ndə 2 fevral - Gənclər Günü münasibəti ilə rayon gənclərinin “Dövlət və gənclər siyasəti”mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Əbülfət Mikayılov,rayon Gənclər və İdamn idarəsinin rəisi Zaur Həsənov və rayon gəncləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdamn idarəsinin rəisi Zaur Həsənov ölkədə baş verən proseslərdən və gənclərin mövqeyindən danışaraq gənclərə göstərilən diqqət və qayğıdan danışdı.
Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Əbülfət Mikayılov rayon gənclərini 2 fevral – Gənclər Günü münasibəti ilə təbrik etdi və öz çıxışında  Ulu öndər Heydər Əliyevin  gənclərə göstərdiyi qayğısından və bu kursun cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirərək ,ölkəmizdə inşa edilən yeni olimpiya idman komplekslərinin ,gənclər evlərinin,gənclərin sosial şəratinin dahada yaxşılaşdırılması istiqamətində həyata keçirilən bütün tədbirlərin bu siyasətin davamı olduğunu bildirdi

Keçidlər