Kürdəmir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirildi
Yanvarın 29-da Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı İrşad Əliyevin iştirakı ilə Kürdəmir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilmişdir.
Tədbirdə hesabat məruzəsi ilə çıxış edən Kürdəmir şəhər inzibati ərazi nümayəndəsi İlqar Salmanov 2013-cü ildə görülən işlər və qarşıda duran vəzifələr barədə yığıncaq iştirakçılarına ətraflı məlumat vermişdir. Məruzədə qeyd olnumuşdur ki, hesabat ilində şəhərin mərkəzində nəqliyyat sıxlığını azaltmaq və maneəsiz hərəkətin təmin edilməsinə şərait yaratmaq məqsədi ilə uzunluğu 2050 metr olan Vaqzalyanı Meydanla Sabir küçəsındən və Kürdəmir Tıcarət Mərkəzinin qarşısından keçməklə Bakı prospektini birləşdirən , uzunluğu 2100 metr olan Babək, Xanımsoltan İslamzadə, M.Ə.Rəsulzadə küçələrini birləşdirən və uzunluğu 2850 metr olan İsmət Qayıbov, Aşıq Şakir küçələrini Xırdapay kəndinin Comərdli ərazisindən keçməklə Bakı prospekti ilə birləşdirən dolama yollarına əsası yenidən işlənilməklə, yeni asfalt örtüyü vurulmuşdur ki, bu da rayon və eləcə də şəhər əhalisi tərəfindən rəğbətlə qarşılanmışdır. Uzunluğu 1700 metr olan Vaqif küçəsinin dörd zolaqlı yola rekonstruksiyası başa çatdırılmış, yol boyunca dekorativ hasarlar çəkilmiş, əsası yenidən işlənilməklə yeni asfalt örtüyü vurulmuş, yeni ikitərəfli piyada yolları çəkilmiş, 39 ədəd müasir tipli işıqlanma dirəkləri quraşdırılmışdır. Hazırda şəhərin Heydər Əliyev prospektində və Babək küçəsində yenidənqurma və abadlıq işləri davam etdirilir, vaqzalyanı ərazidə “Fəvvarələr meydanı” inşa edilir.
Daha sonra Kürdəmir şəhər bələdiyyəsinin sədri Nizami Qəribov,şəhər 1 saylı tam orta məktəbin direktoru Vüqar Nəsirov, 5 saylı körpələr evi uşaq baxçasının müdiri Elmira Süleymanova və başqaları çıxış edərək dövlətimizin başçısının regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi işlərdən razı qaldıqlarını, rayonlarda, qəsəbə və kəndlərdə aparılan quruculuq işlərini bəyəndiklərini bildirdilər.
Yekunda rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev çıxış edərək regionların sosial-iqtisadi inkişafının,əhalinin həyat səviyyəsinin yüksəldilməsinin və yeni iş yerlərinin açılmasının ölkə Başçısı cənab İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanıldığını ,bu işlərin sistemli şəkildə aparıldığını, sosial-iqtisadi tərəqqinin bundan sonra da bütün sahələri əhatə edəcəyini bildirdi. Rayon rəhbəri 2013-cü ildə rayonumuzda sosial-iqtisadi sahədə görülmüş işləri geniş şərh edərək 2014-cü ildə həyata keçiriləsi layihələr barədə ətraflı məlumat verdi. İrşad Əliyev qeyd etdi ki, 2013-cü ildə rayonumuzda xeyli işlər görülmüş, irimiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir. O bildirdi ki, dövlət başçısının bütün tövsiyyə və tapşırlıqları rayon rəhbərliyi tərəfindən uğurla icra olunur, rayon sakinləri öz fədakar əməyi ilə dövlətimizə və dövlətçiliyimizə sədaqətini nümayiş etdirirlər.Möhtərəm Prezidentimizin rayonumuza göstərdiyi qayğı və diqqət, aparılan sistemli iş, inkişafın yeni hədəflərinin müəyyən edilməsi onu deməyə əsas verir ki, 2014-cü ildə nailiyyətlərimiz daha da artacaq, rayonumuz daha da abadlaşacaq, əhalinin rifah halı gündən-günə yüksələcəkdir.
Yekunda şəhər sakinləri onlar üçün yaradılmış şəraitə görə bir daha öz minnətdarlıqlarını bildirdilər.