Şriftin ölçüsü :

Saytın rəngi :

Şahmatçımız birinci yerin sahibi oldu

28 yanvar 2014 | 16:00

Kürdəmir şahmatçısı Fərhad Məmmədəliyev Şəmkir Olimpiya İdman  kompleksində keçirilən  şahmat üzrə   16 yaşadək oğlanlar və qızlar arasında Azərbaycan birinciliyinin seçmə yarışlarında 8 yaşlı oğlanlar arasında 1-ci yerin sahibi olub .
Yarışda Respublikanın 53 rayonundan 353 şahmatçı iştirak etmişdir.Yarış isveçrə sistemi ilə 9 turdan ibarət olaraq keçirilirdi. Fərhad Məmmədəliyev  9 oyundan 7 qələbə və 2 heç-heçə edərək  8 xal toplayaraq 1-ci yerin sahibi olub.Bununlada şahmatçımız  iyun ayında Bakı şəhərində keçiriləcək Azərbaycan birinciliyinin  final oyunlarında iştirak etmək üçün vəsiqə qazanmışdır.Şahmatçımızı bu münasibətlə təbrik edir,ona gələcək yarışlarda uğurlar diləyirik.

Keçidlər