Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil barədə

04 oktyabr 2012 | 15:00

2012-2013-cü tədris ilində Kürdəmir rayonunda 58 təlim-tərbiyə müəssisəsi, o cümlədən 43 tam orta, 12 ümumi orta, 3 ibtidai məktəb və 4 məktəbdənkənar tərbiyə müəssisəsi (Şahmat məktəbi, Uşaq gənclər idman məktəbi, Texniki Yaradıcılıq Mərkəzi, Uşaq Yaradıcılıq Mərkəzi) fəaliyyət göstərir. Cari dərs ilində 934 sinif komplektində 14734 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 1442 nəfər müəllim məşğul olmuş, I sinfə 1556 nəfər, X sinfə isə 1006 nəfər şagird qəbul olunmuşdur.
2011-2012-ci tədris ilində məktəbin XI sinfini 1202 nəfər şagird bitirmiş, onlardan 932 nəfəri tam orta təhsil haqqında attestat (əvvəlki illərlə birlikdə 957 nəfər), 1476 nəfəri IX sinfi bitirmiş və onlardan 1317 nəfəri ümumi orta təhsil səviyyəsi üzrə şəhadətnamə almışdır.
2012-2013-cü tədris ili üçün orta məktəbi bitirən məzunlarımızdan 463 nəfəri tam orta təhsil səviyyəsindən respublikamızın ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün Sənəd Qəbulu Komissiyasına ərizə vermiş, 207 nəfəri respublikamızın nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunmuşdur. Ali təhsil müəssisələrinə qəbul olunan məzunlarımızdan 16 nəfəri 500-dən, o cümlədən 3 nəfəri 600-dən yüksək bal toplamışdır. 130 nəfəri orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuşdur.
Rayonun təlim-tərbiyə müəssisələrində çalışan təhsil işçilərindən 5 nəfəri “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, 7 nəfəri “Tərəqqi” medalı, 2 nəfəri isə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.
Ötən tədris ilində məktəblilərin fənn olimpiadalarının Respublika turunda 7 nəfər şagird iştirakçısı olmuş, onlardan 4 nəfəri mükafata layiq yerlər tutmuşdur.
Cari dərs ilində şagirdlərin istifadəsinə 502 ədəd müasir tipli komputer dəsti verilmişdir ki, bu da təhsil alan hər 20 nəfər ümumtəhsil məktəbi şagirdinə bir ədəd komputer dəsti düşməsi deməkdir. Rayonumuzda fəaliyyət göstərən 12 təhsil müəssisəsi internet şəbəkəsinə qoşulmuş, 10 məktəbin isə internet şəbəkəsinə qoşulmasına hazırlıq işləri davam etdirilir.
2012-2013-cü tədris ilində dövlət vəsaiti hesabına Sor-Sor və Xırdapay kənd tam orta məktəblərində 220 yerlik, Qarasaqqal kənd tam orta məktəbində isə 180 yerlik yeni məktəb binası tikilərək “Bilik günü” ərəfəsində istifadəyə verilmişdir. Rayonun Sığırlı, Z.Əhmədov adına Şilyan, Cəyli, Köhünlü kənd tam orta, Qarabucaq, Qaramahmudlu kənd ümumi orta, Xəlsə kənd ibtidai məktəblərin ərazisində yeni, müasir tipli məktəblərin tikintisi davam etdirilir.
 

Keçidlər