Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunun Köhünlü kəndində hesabat yığıncağı keçirildi

27 yanvar 2014 | 16:00

Yanvarın 24-də Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı İrşad Əliyevin iştirakı ilə Köhünlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında rayonunun Köhünlü kənd inzibati ərazi dairəsinə daxil olan Köhünlü , Şüşün ,Qaramahmudlu ,Sovla  və Söyüdlər kənd sakinləri və rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etmişlər.
Hesabat məruzəsi ilə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Köhünlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Soltan Abbasov hesabat dövründə kənd sakinlərinin də həyatında çox əlamətdar olduğunu ,uzun illərdir ki ,əhalimizi narahat edən, kəndlərimiz rayon mərkəzi və digər yaşayış məntəqələri ilə birləşdirən Kürdəmir-Zərdab yolu tikilərək istifadəyə verilmiş,Sovla,Köhünlü,Şüşün kəndlərində modul tipli su təmizləyici qurğular inşa edilmiş,Söyüdlər və Qaramahmudlu kəndlərində isə həmin qurğuların tikintisinə başlanmışdır.2013-cü ildə Köhünlü kəndində tam,Qaramahmudlu kəndində əsas məktəb binası tikilib istifadəyə verilmişdir.
Daha sonra Köhünlü  bələdiyyəsinin sədri Mirzə Cəfərov, Sovla bələdiyyəsinin sədri Fikrət Cəfərov, Qaramahmudlu  kənd ümumi orta məktəbinin direktoru Salatın Qəhrəmanova çıxış edərək kənd ərazi vahidliyində görülmüş işlər, həyata keçirilmiş tədbirlər və 2014-cü ildə qarşıda duran vəzifələr barədə məlumat vermişlər.
Tədbirdə çıxış edən kənd sakinlərindən Ağaşirin Alməmmədov,Bayraməli Tağıyev, Azər Niftalıyev, Azər Ağayev, Mirbəşir Tağıyev və digərləri son illərdə Respublikamızda, rayonda eləcə də kənd ərazi vahidliyində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışmış və görülən işlərə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.
Yekunda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev əsası Ulu Öndər tərəfindən qoyulan və bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün istiqamətlərdə həyata keçirilən siyasi ,iqtisadi ,sosial yüksəliş strategiyasıdan danışaraq, bu kurüsun uğurla davam etdirildiyini bildirdi.
Rayon rəhbəri öz çıxışında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizin tənəzzüldən inkişafa keçid almasından, son 10 ildə müasir Azərbaycanın tarixində böyük uğurların qazanılmasından, yeni layihələrin insanların həyat şəraitinə müsbət təsirindən danışdı, cənab Prezidentin rəhbərliyi altında şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsindən, ölkəmizin bütün sahələrində hökm sürən iqtisadi-siyasi sabitlikdən, dövlətimizin büdcəsinin sosial yönümlü olmasından, Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında həyata keçirilən qlobal layihələrdən söz açdı.
Yekunda kənd sakinləri, ağsaqqallar, kənddə onlar üçün yaradılmış şəraitə görə bir daha öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər