“20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrərayon turniri keçirilidi
Yanvarın 17-də Mərkəzi rayon stadionunda 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında rayon turniri keçirilmişdir.
Tədbirin açılış mərasimində 20 yanvar və torpaqlarımızın azadlığı uğrunda şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.Tədbir iştirakçılarına 20 yanvar faciəsi barədə məlumat verilərək həmin qanlı gecədə yüzlərlə insanın şəhid olduğu və yaralandığı bildirirldi.Yalnız Azərbaycan xalqının Ümumilli Lideri ölkə rəhbərliyinə ikinci dəfə qayıdışından sonra 1994-ci ildə 20 yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildiyini və cinayət törədənlərin adlarının ictimayyətə çatdırıldığı vurğulandı.
Turnirdə 25 məktəbin komandaları turnikdə dartınma ,qumbara atma və estafetlə qaçış mərhələlərində yarışdılar.
Turnirin ümumi nəticələrinə görə yerlər I yer Karrar kənd tam orta məktəbi,II yer Sor-sor tam orta məktəbi,III yer Qarasu kənd tam orta məktəbinin komandaları tutmuşdur.
Turnirdə və mərhələlərdə fərqlənən idmançılar və komandalar medal,diplom və kubokla mükafatlandırılmışlar.