Təhsil işçilərinin “20 Yanvar Qan yaddaşımızdır” mövzusunda tədbiri keçirilmişdir
Yanvarın 17-də T.İsmayılov adına 1 saylı tam orta məktəbində təhsil işçilərinin 20 Yanvar hadisəsinin iyrimi dördüncü ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirdə rayonun pedaqoji kollektiv üzvləri , şagirdlər və valideyn ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Tədbir 20 Yanvar və Qarabağ müharibəsində həlak olmuş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Şagirdlərin hazırladığı ədəbi-bədii kompazisiya iştirakçılar tərəfindən maraqla dinlənilmişdir.
Tədbirdə çıxış edənlər “20 Yanvar” faciəsinin baş vermə məqamlarını xatırlayaraq dinc və əliyalın əhaliyə amansızlıqla divan tutulduğunu ,bu hadisələrin xalqın özünüdərkinin,müstəqilliyə və azadlığa istəyinin daha da istiqamətləndirilməsinə , müasir , müstəqil , suveren, güclü Azərbaycanın yaranmasına başlanğıc verən tarixi hadisə kimi qeyd edildi.
Yekunda şagirdlərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirildi.