“20 Yanvar hüzn və qürur günü “mövzusunda tədbir keçirildi
Yanvarın 17-də Kürdəmir rayon Mərkəzi Kitabxanasında “20 Yanvar hüzn və qürur günü “ mövzusunda tədbir keçirilmişdir.
Tədbir vətənimizin azadlığı və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbirdə çıxış edənlər iştirakçılara 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet qoşun birləşmələrinin Bakıya hücüm etməsi,milli azadlığı , ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması ,kütləvi terror nəticəsində yüzlərlə günahsiz insanın qətlə yetirilməsi və yaralanması barədə geniş məlumat verərək ,Azərbaycanda 20 Yanvar hadisələrinin Azərbaycan xalqının yaddaşında kədərli bir səhvə kimi qalmaqla bərabər,həmdə qürur günü kimi daxil olduğunu ,növbəti dəfə-1991-ci ildə Respublikamızın müstəqilliyini elan etməsinə təkan verdiyini və Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra yalnız Ümummilli lider Heydər Əliyevin yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra ,1994-ci ildə Qanlı Yanvar hadisələrinə tam siyasi hüquqi qiymət verildiyini, faciənin günahkarlarının adlarının açıq şəkildə bəyan edildiyi bildirilmişdir.
Tədbir iştirakçılarına 20 Yanvar hadisələrinə həsr edilmiş ədəbi-bədii kompazisiya ,kompyuter proqramında hazırlanmış təqdimat və “20 Yanvar faciəsi” adlı kitab sərgisi təqdim olunmuşdur.