Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində hesabat yığıncağı keçirildi
Yanvarın 13-də Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı İrşad Əliyevin iştirakı ilə Qarabucaq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin hesabat yığıncağı keçirildi.
Hesabat yığıncağında rayonunun Qarabucaq qəsəbə inzibati ərazi dairəsinə daxil olan Qarabucaq qəsəbə, Qarabucaq kənd və Qurd Bayram kənd sakinləri və rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etdilər.
Hesabat məruzəsi ilə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Qarabucaq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Seymur Bünyatov Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da iqtisadiyyatın yüksəlişi, əhalinin güzəranının daha da yaxşılaşdırılması üçün sistemli şəkildə geniş işlər görüldüyünü ,son illərdə kənd əhalisinin maddi rifah halının daha da yaxşılaşdırılması istiqamətində ərazidə bir sıra məsələlərin öz həllini tapdığını qeyd etdi. Belə ki, Qarabucaq kəndində kəndarası yollara 30 maşından çox daş tökülülərək hamarlanmış, kənddaxili cirkab suların axıdılması üçün nümayəndəliyin və əhalinin daxili imkanları hesabına 180 m kanal lildən təmizlənmiş, əhalinin pay torpaqlarının suvarılması üçün uzunluğu 3.7 km olan su arxı yenidən qazılmış, həmin arxa əlavə olaraq suvarma sistemləri idarəsinin köməkliyi ilə 2 km arx lildən təmizlənmişdir. Qurd Bayram kəndində daxili yola bir maşın çınqıl tökülmüşdür. Bundan əlavə Qarabucaq kəndində 80 şagird yerlik yeni məktəb binası tikilərək istifadəyə verildiyini yığıncaq iştirakçılarının nəzərinə çatdırdı. Nümayəndəlik kənddə aztəminatlı ailələrin, Şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və veteranlarının problemlərini daim diqqət mərkəzində saxladığını, bu məqsədlə müvafiq tədbirlər həyata keçirildiyini söylədi.
Daha sonra Qarabucaq bələdiyyəsinin sədri Dilarə Kərimova, Qarabucaq qəsəbə tam orta məktəbinin direktoru Rəhman Mikayılov, Qarabucaq kənd ümumi orta məktəbin direktoru Sərvər Hasanov çıxış edərək kənd ərazi vahidliyində görülmüş işlər, həyata keçirilmiş tədbirlər və 2014-cü ildə qarşıda duran vəzifələr barədə məlumat vermişlər.
Tədbirdə çıxış edən kənd sakinlərindən Valeh Quluyev, Əzim Məhərrəmov, Səbirə Qasımova, Şiraslan Cəfərov və digərləri son illərdə Respublikamızda, rayonda eləcə də kənd ərazi vahidliyində görülmüş işlər və həyata keçirilmiş tədbirlər barədə danışmış və görülən işlərə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.
Yekunda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizin tənəzzüldən inkişafa keçid almasından,müasir Azərbaycanın tarixində böyük uğurların qazanılmasından, yeni layihələrin insanların həyat şəraitinə müsbət təsirindən danışdı, cənab Prezidentin rəhbərliyi altında şaxələndirilmiş iqtisadiyyatın inkişaf etdirilməsindən, ölkəmizin bütün sahələrində hökm sürən iqtisadi-siyasi sabitlikdən, dövlətimizin büdcəsinin sosial yönümlü olmasından, Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq ideyasından, hazırda Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında həyata keçirilən qlobal layihələrdən söz açdı.
Rayon rəhbəri öz çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Respublikanın bütün bölgələrinə olduğu kimi Kürdəmir rayonuna da göstərdiyi diqqət və qayğıdan, gələcəkdə rayon Mərkəzinin və onun kəndlərinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görüləcək işlərdən danışdı.
Yekunda kənd sakinləri, ağsaqqallar, kənddə onlar üçün yaradılmış şəraitə görə bir daha öz minnətdarlıqlarını bildirdilər.