Şriftin ölçüsü :

Saytın rəngi :

Hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlarla görüş keçirildi

29 dekabr 2013 | 16:00

Dekabrın 28-də Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə Kürdəmir rayon İcra Hakimiyyətinin akt zalında dövlət qayğısına ehtiyyacı olan, hər iki valideyn himayəsindən məhrum olmuş yetkinlik yaşına çatmayan uşaqlarla və onların qəyyumları ilə görüş  keçirildi.
Görüşdə iştirak edən rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Vasif Məmmədov uşaqları 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə təbrik etdi ,onların həmişə dövlətimizin diqqətində olmasını bildirdi və rayon İcra Hakimiyyəti olaraq daima onların qayğı və problemləri ilə məşğul olduqlarını diqqətə çatdırdı.
Yekunda rayonda yaşayan hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlara maddi köməklik göstərildi.

Keçidlər