Şriftin ölçüsü :

Saytın rəngi :

Qaliblər mükafatlandırıldı

28 dekabr 2013 | 16:00

Kürdəmirdə dekabrın 27-də Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin Anım günü və Dünya Azərbaycanlılarının Həmrəylik günləri münasibəti ilə əlaqədar rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə təsdiq olunmuş tədbirlər planlarına əsasən idman,intelektual ,rəsm,inşa və s. tədbirlərin qalibləri rayonun Heydər Əliyev Mərkəzində keçirilən təntənəli yığıncaqda rayon İcra Hakimiyyəti Başçısı adından pul mükafatları ilə mükafatlandırıldılar.
Yığıncaqda iştirak edən rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Vasif Məmmədov tədbirlərin qaliblərini təbrik etdi ,onlara gələcək işlərində uğurlar dilədi.O öz çıxışında Ulu Öndərin Azərbaycan Xalqı qarşısında gördüyü misilsiz işlərdən danışdı , Heydər Əliyev idealogiyasının bugundə Azərbaycanda ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söylədi.
Yekunda tədbirlərin qaliblərinə rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Vasif Məmmədov tərəfindən pul mükafatları təqdim edildi.

Keçidlər