Kürdəmirdə rəsm sərgisi keçirilir
Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən rayonda Ulu Öndər Heydər Əliyevin Anım gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan” , 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar “ Azərbaycan – Dünya Azərbaycanlılarının Vətənidir” mövzularında uşaq və yeniyetmələrin rəsm işlərindən ibarət müsabiqələrə yekun vurulmuşdur.
Hər iki müsabiqənin qalibləri müəyyən edilmiş və onlar təltif olunmuşlar.
Müsabiqədə iştirak edən rəsm əsərlərindən ibarət Heydər Əliyev Mərkəzinin Sərgi salonunda sərgi təşkil olunmuş,sərgidə 100-dən çox əsər nümayiş etdirilmişdir.
Sərginin açılışı mərasimində iştirak edən rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Vasif Məmmədov müsabiqənin qaliblərini təbrik etmiş və rəsm əsərləri ilə tanış olmuşdur.
Sərgi 31 dekabr 2013-cü il tarixədək davam etdiriləcəkdir.