Ulu Öndər Heydər Əliyevin Anım Gününə həsr olunmuş idmanın futbol növü üzrə ümumtəhsil müəsissələri arasında rayon turnirinə yekun vuruldu
Ulu Öndər Heydər Əliyevin Anım Gününə həsr olunmuş rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq idmanın futbol növü üzrə ümumtəhsil müəsissələri arasında rayon turniri 02 dekabr tarixdən 25 dekabr tarixədək davam etmişdir. Yarış Beynalxalq Futbol Federasiyasının müəyyən etdiyi qaydalara əsasən keçirilmişdir. Yarışda 32 məktəbin futbol komandası iştirak etmişdir. Final oyununda iştirak edən rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar işlər üzrə müavini Əbulfət Mikayilov final işitirakçılarına uğurlar arzulayaraq, respublikamızda və rayonumuzda idmanda və digər sahələrdə olan inkişafadan və nailiyətlərdən söz açmışdir. Bu qələbələrin təməlini Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən davam etməsini vurğulamışdır. Turnirdə keçirilmiş oyunların nəticələrinə görə yerlər aşağıdaki kimi müəyyən olunmuşdur.I Yer- Şəhər 5 saylı tam orta məktəbin futbol komandası,II Yer- Sığırlı kənd tam orta məktəbin futbol komandası, III Yer- Xırdapay kənd tam orta məktəbin futbol komandası.
Yarışda qalib gələn komandalar kubok və diplomlar təqdim olunmuşdur.