Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş “Vətənim Azərbaycan” milli intelektual bilik yarışması keçirildi.

21 dekabr 2013 | 16:00

 Kürdəmir rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsi   Kürdəmir rayon “Gənclər evi”ndə rayonun ümumtəhsil məktəbləri arasında Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş “Vətənim Azərbaycan” milli intelektual bilik yarışması keçirildi. Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar işlər üzrə müavini Əbulfət Mikayilov  iştirak etmiş və yarış işitirakçılarına uğurlar arzulayaraq , ölkədə təhsilə göstərilən diqqət və qayğıdan söz açmışdır. Yarışda rayonun 16 ümumtəhsil məktəbinin( şəhər 1; şəhər 2; şəhər 3; şəhər 4; şəhər 5; şəhər 6; Yenikənd; Topalhəsənli; Dəyirmanlı; Mürtülü; Atakişili; Köhnəbazar, Sor-Sor , Qarabucaq ,Xirdapay,Cühranlı)  komandaları iştirak etmişdir. Yarışın yekun nəticəsinə görə I yer- şəhər-6 saylı tam orta məktəb, II yer – Köhnəbazar kənd tam orta məktəbi, III yer- şəhər-5 saylı tam orta məktəb layiq görülmüşdür.

Keçidlər