Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilir

13 dekabr 2013 | 16:00

Kürdəmirdə müasir demokratik Azərbaycan dövlətinin xilaskarı və qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılmışdır.
Dekabrın 12-də səhər saatlarında insanlar dəstə-dəstə şəhərin mərkəzindəki Heydər parkına gəlir, Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül-çiçək qoyur, xalqımızın dahi oğlunun ruhuna ehtiramlarını bildirirlər.Rayon sakinləri Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və yaradıcılığına həsr olunmuş stendtlərə baxdılar.
Bundan əlavə Ümummilli Lider  Heydər Əliyevin vəfatının 10-cu ildönümü  rayonumuzda silsilə tədbirlərlə geniş qeyd olunur.  Kürdəmir Rayon İcra Hakimiyyətinin və YAP Kürdəmir rayon təşkilatının birgə tədbirlər planına uyğun olaraq idarə, müəssə və təşkilatlarda Heydər Əliyev otaqları və güşələri qaydaya salınmış, yeni kitablar, əyani vəsaitlər və dövrü mətbuat nüsxələri ilə zənginləşdirilmişdir. Bütün əmək kollektivlərində   Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz tarixi xidmətlərinə həsr olunan yığıncaqlar, konfranslar, dəyirmi masalar keçirilmişdir. Mədəni-maarif müəssisələrində Heydər Əliyevin xatirəsinə  həsr olunmuş foto-sərgilər və kitab sərgiləri  təşkil edilmişdir. Ümummilli Liderin xatirəsinə həsr olunmuş idman tədbirləri: idmanin futbol, voleybol, güləş, şahmat növləri  üzrə rayon turnirləri keçirilmişdir.  Ümumtəhsil məktəblərin yuxarı sinif şagirdləri arasında Anım Gününə  həsr olunmuş inşa yazı müasbiqələri və olimpiadalar, rəsm müsabiqələri, intellktual bilik yarışmaları  keçirilmişdir. Məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil olunmuşdur. Ulu Öndərin Anım Gününə həsr olunmuş “Heydər Əliyevin vətənpərvərliyi müasir gənclər üçün örnəkdir” mövzusunda rayon gənclərinin, “Heydər Əliyev və Azərbaycan qadını” mövzusunda rayon qadınlarının iştirakı ilə  nəzəri-praktik konfranslar  təşkil olunmuşdur.
Həmin gün şəhərin “Elşad” sarayında Ümummilli Liderimizin xatirəsinə ehsan verilmişdir.

Keçidlər