Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibətilə tədbir keçirildi

06 dekabr 2013 | 16:00

        Ümummilli Lider Heydər Əliyevin Anım Günü münasibətilə dekabrın 5-də Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının Qadınlar Şurasının  tədbiri keçirilmişdir.
       YAP rayon təşkilatının  qərargahında  keçirilən tədbirdə  YAP rayon təşkilatının Qadınlar Şurasının  üzvləri, fəal qadınlar iştirak ediblər.
        Konfransdan   əvvəl tədbir iştirakçıları Heydər Əliyev parkında ucaldılmış Ulu Öndərin abidəsini ziyarət edərək, abidə önünə tər çiçəklər düzüblər.
         Sonra elmi-praktiki  konfrans YAP rayon təşkilatının  akt  zalında öz işinə başladı.  Konfrans iştirakçıları əvvəlcə  dahi şəxsiyyət, Ulu Öndərimiz Heydər Əliyevin nurlu və əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
       Konfransı giriş sözü ilə YAP rayon təşkilatı  Qadınlar Şurasının sədri  Elmira Şıxəliyeva açıb. O, bildirib ki, dekabrın 12-də müstəqil Azərbaycan Respublikasının banisi, Ümummilli Liderimiz Heydər Əliyevin vəfatından 10 il ötür.Tarixi şəxsiyyət olan Ulu Öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək güclü, sarsılmaz, qüdrətli bir dövləti – Azərbaycanı bizə ərmağan etdi. Heydər Əliyevin ölməz, əbədi xatirəsini xalqımız hər an yad edir və xatırlayır. Bütün varlığı ilə Azərbaycana və azərbaycançılığın inkişafına xidmət edən dahi rəhbərimiz əbədiyyətə qovuşmağı ilə də xalqımızı birləşdirdi.
             Elmira Şıxəliyeva  qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan qadınlarının həyatında inqilabi  bir dövr idi.1969-cu ildən sonra Azərbaycan qadınları  yeni bir tarixi dövrə qədəm qoydular.İctimai həyatın bütün sahələrində Ulu Öndərin göstərişi ilə qadınların savadlanması, icimai həyatda fəallığı, xüsusilə işləyən qadınların iş şəraitinin yaxşılaşdırılması, onların əməyinə yüksək qiymət verilməsi, İttifaqın bütün respublikalarında  qızların oğlanlarla bərabər təhsil alması Azərbaycan qadınının bugünkü inkişafının təməlini qoydu.
           Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi və tarixi zərurətdən doğan qayıdışı ilə yenə də Azərbaycan qadınlarını  müharibənin törətdiyi dəhşətlərdən, aclıq və səfalətdən xilas etdi.Ulu Öndər xilaskar missiyası ilə Azərbaycan qadınlarının milli-mənəvi və əxlaqi dəyərlərini, analıq şərəfini özünə qaytardı və Azərbaycan qadınına bu qloballaşan dünyamızda özünü təsdiq etmək və imkanlarını inkişaf etdirmək reallığı verdi.
           Elmi-praktik konfransda  “Heydər Əliyev və Azərbaycanın milli muzeyləri” mövzusunda  Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova  “Ulu Öndər Heydər Əliyevin Azərbaycan kitabxanalarına  diqqət və qayğısı”  mövzusunda Uşaq Kitabxanasının direktoru  Xatirə Soltanova, “Heydər Əliyev və Azərbaycan musiqisi” mövzusunda YAP rayon təşkilatı Qadınlar Şurasının üzvü,  Uşaq İncəsənət Məktəbinin direktoru Qəndaf  Zülfüqarova məruzə ediblər.
        Məruzələrdə Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, müstəqil Azərbaycan quruculuğu yolundakı şərəfli mübarizəsi, bütün dünya tərəfindən qəbul edilən böyük siyasətçi və liderlik titulları barədə geniş fikirlər söylədilər. Natiqlər  Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə Azərbaycan qadınlarının ictimai fəallığının artdığını, elmdə, təhsildə, səhiyyədə, mədəniyyətdə , iqtisadiyyatda, kənd təsərrüfatında  qadınların  böyük uğurlara imza atdıqlarını qeyd etdilər.Onu da qeyd etdilər ki, bütün bu uğurların, icimai fəallığın arxasında Heydər Əliyev qayğısı, Azərbaycan dövlətinə məhəbbət və Azərbaycan qadınına hörmət və qayğıkeşlik dayanırdı.
       Məruzələr ətrafında çıxış edən rayon təşkilatının şura üzvü, Əmək Veteranı Sevil Osmanova   Ulu  Öndər  Heydər Əliyev haqqında  danışaraq Onun   ziyalı, savadlı qadınlarımızla bərabər kənd təsərrüfatında çalışan qadınların əməyinə çox yüksək qiymət verməsini  canlı şahid kimi konfrans iştirakçılarının diqqətinə çatdırdı. Sevil Osmanova bir kənd qızı olaraq  inkişafında və ali təhsil almasında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda apardığı qadın siyasətinə  bir nümunə   olduğunı vurğuladı.
          Sonda YAP Kürdəmir rayon təşkilatının sədr müavini  İlham Həmidov çıxış edərək elmi-praktiki konfransa  yekun vurdu.
         Bununla da konfrans öz işini başa çatdırdı.

Keçidlər