Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda ağac əkini kompaniyası davam edir

25 noyabr 2013 | 16:00

Kürdəmir rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq rayonun kənd və qəsəbələrində, yol kənarlarında yeni ağaclar əkilir, yaşıllıqlar salınır, əvvəllər əkilmiş ağaclara aqrotexniki qulluq göstərilir . Payız ağac əkini kompaniyası çərçivəsində hər həftənin şənbə günlərində rayonun park və xiyabanlarında, yol kənarlarında, idarə və müəssisələrin həyətlərində yaşıllıqlar salınır və onlara lazımi qulluq gösətərilir.  Keçirilən növbəti iməclikdə rayonun bütün idarə, müəssisə və təşkilatları, təhsil, səhiyyə və mədniyyət işçiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları Ağsu-Kürdəmir –Bəhrəmtəpə yolunun hər iki tərəfində 3000-dən çox müxtəlif növ ağaclar, o cümlədən şam və küknar ağacları əkmişlər. 700 nəfərdən çox rayon sakininin iştirak etdiyi iməcilikdə əkilən ağaclara lazımi qulluq göstərilib. Ümumilikdə rayonda bu ilki payız mövsümündə 12000 ədəd ağac əkilmişdir.

Keçidlər