Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.

21 noyabr 2013 | 16:00

Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibətilə noyabrın 20-də  Kürdəmir rayon təşkilatı tədbir  keçirmişdir.
Tədbirdə YAP rayon təşkilatının idarə heyəti və şura üzvləri, ərazi ilk partiya təşkilat sədrləri, partiya fəalları, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbirdə  Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı  İrşad Əliyev,  Milli Məclisin deputatı Fərhad Qəribov iştirak etmişlər.  Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gələrək Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin  önünə gül dəstələri qoyaraq Ulu Öndərin xatirəsini ehtiramla yad etmişlər. Sonra tədbir Rayon “Gənclər Evi” ndə öz işinə başlamışdır.     Tədbirdə    YAP Kürdəmir rayon təşkilatının sədri Ağali Kərimli giriş sözü ilə çıxış etmişdir. O, YAP-ın yarandığı tarixi şəraitdən, keçdiyi şərəfli yoldan, partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından və partiyamızın cəmiyyətdə aparıcı rolundan danışmış, YAP-ın Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qazanılmış uğurlardan bəhs etmişdir.  2013-cü ildə keçirilən Prezident seçkilərindən danışan  natiq  rayon təşkilatının  bütün işləri Prezident seçkilərində qələbə qazanmaq əzmi ilə həyata keçirdiyini, fəal seçki mühiti  formalaşdırdığını, yerlərdə səfərbəredici tədbirlər keçirdiyini , hər  bir partiya üzvünün fəallığının  təmin olunduğunu qeyd etmişdir.  O, vurğulamışdır ki, ümumilikdə  Prezident seçkisi kampaniyasına 1200 nəfədən çox fəal cəlb edilmiş və  onlar bütün seçki kampaniyası dövründə yüksək səviyyədə və səmərəli fəaliyyət göstərmişlər. Rayon təşkilatı partiyamizin namizədi   cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasını yüksək səviyyətdə keçirməyə səy göstərmiş və buna nail olmuşdur. Bütövlükdə təbliğat-təşviqat kampaniyası dövründə keçirilən tədbirlərdə 18700 nəfər seçici iştirak etmişdir. Rayonumuzda səsvermənin yekunlarına görə Azəbaycan Respublikası Prezidentliyinə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin yüksək səs–85,2 faiz səs  toplaması və parlaq qələbə çalması rayon təşkilatımızın seçki kampaniyasını yüksək səviyyədə və tam səmərəli keçirdiyini sübut edir. Ağali Kərimli xüsusilə qeyd etmişdir ki,   9 oktyabr Prezident seçkiləri bütövlükdə partiyamız üçün çox böyük uğurla başa  çatdı, Prezidentliyə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyev ölkə üzrə 84,54 faiz səslə  parlaq qələbə qazandı. O, möhtəşəm qələbə və Yeni Azərbaycan  Partiyasının  yaranmasının 21-ci ildönümü münasibətilə tədbir iştirakçılarını  təbrik etmiş  və uğurlar  arzulamışdır. Tədbirdə  “21 illik şərəfli yol”  mövzusunda  rayon təşkilatının şura üzvü,1993-cü ildən YAP üzvü  Qasım Hüseynov,  “Yeni Azərbaycan Partiyası zəngin irs, güclü     lider deməkdir” mövzusunda  YAP rayon təşkilatının şura üzvü, Gənclər Birliyinin sədri  Namiq Tarverdiyev, “Yeni Azərbaycan Partiyası  cəmiyyətin    avanqard  güc mərkəzidir”   mövzusunda   YAP rayon təşkilatının idarə heyəti üzvü,   Qadınlar Şurasının sədri  Elmira Şıxəliyeva, “Yeni Azərbaycan    Partiyası  qələbələr,  uğurlar partiyasıdır” mövzusunda  YAP üzvü, Əməkdar  Müəllim Rəfail Məmmədov, “Yeni Azərbaycan Partiyası yaşayacaq, inkişaf   edəcək, xalqımızı, müstəqil dövlətimizi xoşbəxt  gələcəyə aparacaqdır” mövzusunda YAP rayon təşkilatının şura üzvü, Gənclər və İdman İdərəsinin rəisi Zaur Həsənov  çıxış etmişlər. Tədbirdə Kürdəmir rayon İcra Hakmiyyətinini Başçısı İrşad Əliyev çıxış edərək bildirmişdir ki, müstəqillimizin ilk vaxtlarında ölkədə yaranan ictimai-siyasi və hərbi durumda Azərbaycanın müstəqilliyini qorumaq, dövlət yaratmaq üçün siyasi partiya lazım idi. Ulu Öndər Heydər Əliyev SSRİ dağılanda  situasiyanı, Azərbaycanın düşdüyü vəziyyətdən çıxmağın yolunu  çox gözəl bilirdi və qiymətləndirirdi. Belə taleyüklü, mövcudluğumuz sual altında olduğu  bir vaxtda siyasi partiyanın yaranması və formalaşması üçün  məhz Heydər Əliyev  böyüklüyü və dahiliyi lazım idi. Ulu Öndərin rəbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyası qısa müddətdə cəmiyyətdə öz layiqli yerini tutdu, cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi.YAP yaranmaqla Azərbaycan çətinliklərdən keçdi, inkişaf və tərəqqiyə qovuşdu.Bu gün Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, YAP-ın sədri, ölkə Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda geniş quruculuq işləri gedir, regionlar o cümlədən rayonumuz  sürətlə inkişaf edir, abadlaşır. Sonra  cənab  İrşad Əliyev tədbir iştirakçılarını banisi Ümummilli Liderimiz Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibətilə təbrik etmiş və onlara  yeni-yeni uğurlar arzulamışdır.
Tədbirdə YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim olunmuşdur.

Keçidlər