Şriftin ölçüsü :

Saytın rəngi :

Konstitusiya gününə həsr olunmuş praktik konfrans keçirilmişdir.

13 noyabr 2013 | 16:00

      Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında 12 noyabr Konstitusiya gününə həsr olunmuş praktik konfrans keçirilmişdir.Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş,abidə önünə gül – çiçək dəstələri düzmüşlər.Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri,idarə və müəssisə rəhbərləri iştirak etmişlər.    Tədbiri Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı cənab İrşad Əliyev giriş sözü ilə açmışdır.Natiq Müstəqil Azərbaycan dövlətçiliyinin tarixində ilk müstəqil Konstitusiyamızın yaranması tarixindən,onun əhəmiyyətindən ətraflı söhbət açmışdır.    Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi tarixindəki əvəzsiz rolundan söhbət açan natiq Müstəqillik tariximizdə Konstitusiyanın böyük rol oynadığını diqqətə çatdırmışdır.        Tədbirdə müxtəllif səpkili məruzə və çıxışlar maraqla dinlənilmişdir. 

Keçidlər