Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyevin rayonun Carlı kəndində əhali ilə növbəti səyyar qəbulu-görüşü keçirildi

26 oktyabr 2013 | 15:00

Oktyabrın 24-də Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyevin rayonun Carlı kəndində əhali ilə növbəti səyyar qəbulu-görüşü keçirilmişdir. Carlı kənd inzibati ərazi dairəsinə daxil olan Carlı və Quşlar kəndlərinin sakinləri ilə görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Carlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elmdar Kərimov əraziyə daxil olan kəndlərin əhalisi, onların məşğuliyyəti və sosial –iqtisadi inkişafla bağlı görülən işlər  barədə məlumat vermiş, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında danışmış, bir sıra sosial yönümlü problemləri diqqətə çatdırmışdır.
Carlı bələdiyyəsinin sədri Zeynal Mənsimov Carlı kəndində görülən işləri barədə geniş məlumat vermişdir.
Kənd sakinlərindən Əziz Həsənov ,Səbirə,Qasımova, Elşad Əhədov, Vidadi Hüseynov və başqaları çıxışlarında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yenidən Prezident seçilməsi münasibəti ilə təbrik etmişlər,ona cansağlığı, tarixi missiyasının yerinə yetirməsində  uğurlar arzulamışlar.
Kənd sakinləri kənddə gənclərin asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə Gənclər mərkəzinin,Poçt binasının, , tibb məntəqəsinin tikilməsini və istismar müddətini başa vurmuş elektrik naqillərinin və dirəklərinin dəyişdirilməsi barədə müraciət etmişlər.
Daha sonra ayrı-ayrı sakinlər şəxsi xahişləri ilə müraciət etdilər.
Görüşü yekunlaşdıran İcra Başçısı İrşad Əliyev əvvəlcə oktyabrın 9-da keçirilən prezident seçkilərində möhtərəm İlham Əliyevin qazandığı parlaq qələbə münasibəti ilə bütün kürdəmirliləri təbrik etmişdir. Ölkəmizin hər yerində olduğu kimi, Kürdəmirdə də əhalinin prezident seçkilərinin xoş təəssüratları altında yaşadığını vurğulayan İcra başçısı bildirdi ki, Azərbaycan xalqı yenidən Heydər Əliyev siyasi kursunun davamına səs verdi. Son 10 il ərzində Azərbaycanın daxili və xarici siyasətində qazanılan uğurlardan danışan İrşad Əliyev ölkəmizdə demokratik, hüquqi, güclü və qüdrətli dövlətin yaradıldığını diqqətə çatdırdı. Prezident seçkiləri bir daha Heydər Əliyev siyasi kursunun alternativsiz olduğunu və xalqın iradəsinin təntənəsini sübuta yetirmişdir. Rayon rəhbəri kürdəmirlilərin həmişə Ulu Öndərimizin ideyalarına daim sadiq olduqlarını, ölkə rəhbəri cənab İlham Əliyevin daxili və xarici siyasətini daim dəstəklədiklərini diqqətə çatdırmışdır.
Rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev yekunda rayonun Carlı kəndində qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını vermişdir.

Keçidlər