Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 22-ci ildönümü münasibətilə “Azərbaycanın müstəqillik tarixi”mövzusunda tədbir keçirildi

19 oktyabr 2013 | 15:00

Oktyabrın 17-də Kürdəmir rayonunun Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 22-ci ildönümü münasibətilə “Azərbaycanın müstəqillik tarixi”mövzusunda ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdən əvvəl rayon İcra Hakimiyyətinin Başçısı İrşad Əliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.
Tədbirdə “Heydər Əliyev müasir təhsilin qurucusudur”  mövzusunda Təhsil Şöbəsinin  müdir müavini  Əsgər   Hüseynov,   “Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda E.Zülfüqarov adına Şilyan  kənd tam orta məktəbinin direktoru Xidmət Əhmədov, “Heydər Əliyev ideyaları milli müstəqilliyimizin mənəvi güc mənbəyidir”  mövzusunda Xırdapay kənd tam orta məktəbinin direktoru  İnqilab Rəsulov,  ”Heydər Əliyev Azərbaycanın müstəqillik simvoludur” mövzusunda Carlı kənd tam orta məktəbin müəllimi, Yazıçılar Birliyinin üzvü Abduləziz Xanəhmədoğlu, “Müstəqil Azərbaycanın 22 il ərzində keçdiyi tarixi yol”mövzusunda Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Vaqif Alıyev məruzələrlə çıxış edərək Ümummilli Liderin dövlətimiz və dövlətçiliyimiz, həmçinin xalqımız üçün qurub yaratdığı müasir Azərbaycanın parlaq uğurlarından danışmışlar.
Yekunda Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Cənab İrşad Əliyev bu əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş, xoş arzularını çatdırmışdır.O,öz çıxışında bildirmişdir ki,Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra xalqımız həmişə müstəqilliyini bərpa etmək arzusu ilə yaşamışdır.
1991-ci ildə Azərbaycan digər sovet respublikaları kimi öz müstəqillyini elan etsə də, bizim ölkənin azadlığa çıxması şəraiti tamamilə başqa cür idi:gənc dövlətimiz əvvəlcə Ermənistanla ədalətsiz, qanlı müharibəyə cəlb edilmiş, digər tərəfdən çox sürətlə bir birini əvəz edən səriştəsiz, dövlətçilik anlayışından uzaq olan iqtidarlar ölkəni inkişaf əvəzinə fəlakətə aparırdılar.
Yenicə müstəqilliyini elan etmiş Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi qarşısında olduğu bir çətin məqamda hər cür məhrumiyyətlərdən, əzablardan bezmiş xalq özünün yeganə ümidi olan ümummilli liderimiz Heydər Əliyevə üz tutdu.
Vətənin belə ağır günlərində-15 iyun 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıdaraq xalq naminə, vətən naminə, canından da artıq sevdiyi Azərbaycan naminə böyük xilaskarlıq fəaliyyətinə başladı.
Azərbaycan Respublikası xarici qüvvələrin, bir qrup daxildən olan nankorların iştirakı ilə imperiya maraqlarına uyğun parçalanaraq bölüşdürülmə faciəsindən, milli dövlətin iflasından, qlobal məhv olmadan xilas edildi. Beləliklə 18 oktyabr tarixində başlanan müstəqillik 15 iyun-Milli Qurtuluş günü ilə qorundu, möhkəmlənməyə başladı Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməz xarakter aldı.
Bu gün xalqmız ümummilli liderimiz Heydər Əliyevin vətən yolunda fədakarlığını və siyasi hünərini sonsuz minnətdarlıq hissi ilə xatırlayır.
İndi Azərbaycan tərəqqi yoluna çıxmış, dünyada söz sahibi olan dövlətdir. Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyinə, suverenliyə qovuşmuş Azərbaycan bu gün beynəlxalq aləmdə sübut edir ki, demokratiya və sülh yolu ilə inkişaf onun başlıca məqəsədi və amalıdır.
Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqının bu günü və gələcəyi üçün əmanət qoyduğu ideyalar xalqmızın milli mənlik şüuru və milli sərvətidir.
Bu ideyaların daşıyıcısı ümummilli liderimizin siyasi kursunun davamçısı Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevdir.

Keçidlər