Prezident İlham Əliyev Kürdəmirdə şərab, şirə istehsalı kombinatının istifadəyə verilmə mərasimində iştirak etmişdir
25 sentyabr 2008 | 15:00
Kürdəmir rayonunda Məhdud Məsuliyyətli Cəmiyyətinin şərab, şirə istehsalı kombinatı istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlə keçirilən mərasimdə iştirak etmişdir. Dövlət başçısı açılışı bildirən lenti kəsdi və düyməni basaraq müəssisəni işə saldı. Prezident İlham Əliyev müəssisənin nar qəbulu məntəqəsinə baxdı, yerli məhsulların xarici bazarlara çıxarılmasının əhəmiyyətini vurğuladı, ölkəmizdə özəl sektorun inkişafına hər cür şəraitin yaradıldığını bildirdi.