Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 22-ci ildönümü münasibətilə idmanın futbol növü üzrə rayon birinciliyinə yekun vuruldu

18 oktyabr 2013 | 15:00

Oktyabrın 17-də Kürdəmir rayonunun Mərkəzi Stadionunda 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə ümumtəhsil məktəbləri  arasında idmanın futbol növü üzrə rayon birinciliyinə yekun vurulmuşdur.
Mərkəzi rayon stadionunda  keçirilmiş oyunda finala vəsiqə qazanmış Atakişili və Yenikənd kənd  komandaları iştirak edirdilər.Gərgin idman mübarizəsi ilə keçən oyun Yenikənd kənd tam orta məktəbinin qələbəsilə başa çatdı.
16 komandanın iştirakı ilə keçirilən yarışlarda yekun olaraq nəticələrinə görə yerlər aşağıdakı kimi müəyyən olunmuşdur.I yer Yenikənd kənd tam orta məktəbi, II yer- Atakişili tam orta məktəbi, III yer- Köhnəbazar kənd tam orta məktəbi layiq görüldü.
Yekunda Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı İrşad Əliyev qalib komandaları təbrik edərək onlara mükafatlar və fəxri fərmanlar təqdim etdi.

Keçidlər