Şriftin ölçüsü :

Saytın rəngi :

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü Kürdəmirdə qeyd olundu

06 oktyabr 2013 | 15:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da təntənəli şəkildə qeyd olundu. Bu münasibətlə əzəmətli “Kürdəmir” sarayında bayram şənliyi keçirildi.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət  etmiş, abidənin önünə tər gül-çiçək dəstələri düzmüş, ona hörmət və ehtiramlarını ifadə etmişlər.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısınin  İctimai-siyasi və humanitar məsələləri üzrə müavini Əbülfət Mikayilov bu əlamətdar gün münasibəti ilə müəllimləri təbrik etmiş, xoş arzularını çatdırmışdır.Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə son illərdə rayonumuzda müasir standartlara cavab verən 34 yeni məktəb binaları və əlavə sinif otaqları tikilib istifadəyə verilmişdir ki, bu da həmin məktəblərdə 9 minə yaxın şagirdin bir növbədə təhsil almasına şərait yaratmışdır.
         Cari dərs ilinin əvvəllində - “Bilik Günü” ərəfəsində rayonumuzda 4 yeni məktəb binası tikilərək istifadəyə verilmişdir.
         2013-2014-cü dərs ilində isə Xınıslı və Mürtülü kənd tam orta məktəbləri yanında yeni məktəb binalarının tikintisi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 03 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə şəhər 1 saylı məktəbin müəllimi Baloğlanova Lamiyə Tofiq qızının “Əməkdar müəllim”  medalı ilə təltif edilməsini cənab prezidentin bütün sahələrə olduğu kimi təhsil sferasına da göstərilən diqqət və qayğısının bir nümunəsi olduğunu vurğulamışdır.

Tədbirdə çıxış edənlər dövlət başçısı tərəfindən təhsil sahəsinə, diqqət və qayğıdan, əldə olunan nailiyyətlərdən, qarşıda duran vəzifələrdən danışdılar.

Sonda təhsil sahəsində uzun müddət çalışmış, səmərəli pedaqoji fəaliyyətinə görə fərqlənmiş müəllimlərə rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edildi.

Keçidlər