Şriftin ölçüsü :

Saytın rəngi :

Şilyan və Sor-Sor kəndlərində yeni Poçt binaları istifadəyə verildi

06 oktyabr 2013 | 15:00

Oktyabrın 4-də Kürdəmir rayonunun Şilyan və Sor-Sor kəndlərində müasir avadanlıqla və qabaqcıl texnologiya ilə təmin olunmuş yeni poçt binaları istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin Başçısının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması  məsələləri üzrə müavini Arzu Şahbazov,rayon Poçtamtın rəisi  Əlmösüm Ağayev və başqaları çıxış edərək ölkəmizin sürətli iqtisadi inkişafından danışmış, bütün sahələrdə olduğu kimi, rabitədə də uğurlu nailiyyətlərin qazanıldığını diqqətə çatdırmışlar.
Bildirilmişdir ki, son illərdə rayonun kəndlərində 19 yeni poçt binası istifadəyə verilmişdir. Hazırda rayonda 26 poçt şöbəsi fəaliyyət göstərir. Yeni elektron avadanlıqla təchiz olunmuş poçt filialları xüsusi poçt xidmətlərini uğurla həyata keçirirlər.

Bank-maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı poçtamtda pulların saxlanılması məqsədi ilə bunker tikilmiş, bütün kənd şöbələrinin “COLVİR” və “COMİS” sistemi ilə işləməsi üçün xətlər çəkilmiş, inventar və avadanlıqla təchiz edilmişdir.

Kənd sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinin başçısına minnətdarlıqlarını bildirmişlər.

Rəmzi qırmızı lent kəsildikdən sonra iştirakçılar binaya baxmışlar. Müasir avadanlıqla və qabaqcıl texnologiya ilə təmin olunmuş poçt binasında əhaliyə bank-maliyyə və rabitə xidmətləri göstəriləcəkdir.
 

Keçidlər