Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə naziri Kürdəmirdə vətəndaşları qəbul etdi

05 oktyabr 2013 | 15:00

Oktyabrın 4-də Səhiyyə naziri Oqtay Şirəliyev Kürdəmir Mərkəzi Rayon Xəstəxanasında Kürdəmir, Ağsu, Şamaxı, Qobustan, Ucar, Zərdab, Ağdaş, Göyçay və İsmayıllı rayon sakinlərini qəbul etmiş, onların problemləri ilə yaxından tanış olmuşdur.
Qəbula gələn 56 nəfərin müraciət və istəkləri nazir tərəfindən dinlənilmiş və cavablandırılmış, bəzilərinə dair müəyyən tapşırıq və göstərişlər verilmişdir.

Keçidlər