Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində və rayon Gənclər Evinin nəzdində qrup və dərnəklər fəaliyyətə başladı

03 oktyabr 2013 | 15:00

Kürdəmir rayonunda müasir standartlara cavab verən , yeni inşa edilmiş  Heydər Əliyev Mərkəzinin və rayon Gənclər evinin nəzdində müxtəlif adda dərnək və qruplar fəaliyyətə başlamışdır.
Heydər Əliyev Mərkəzində xalqımızın Ümumilli lideri, Müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əlirza oğlu Əliyevin siyasi irsini, həyat və fəaliyyətini öyrənmək, araşdırmaq, gələcək nəsillərə aşılamaq, onun memarı olduğu dövlətçilik ənənələrini yaşatmaq, inkişaf etdirmək və cəmiyyətimizin bütün sahələrində tətbiq olunmasına dəstək vermək məqsədilə qrup və dərnəklər fəalliyyətə başlamışdır.
Ulu öndər Heydər Əliyevin siyasi irsini, fəaliyyətini, qurduğu dövlətçilik ənənələrini öyrənmək və gələcək nəsillərə aşılamaq məqsədilə araşdırma və tədqiqatlar aparmaq və bu istiqamətdə çalışanlara hərtərəfli-informasiya kommunikasiya texnologiyaları (İKT), kitabxana, ədəbiyyat, muzey, eksponat və digər resurslarla təmin edilmişdir.
Hazırda Mərkəzdə “Heydər Əliyev irsini öyrənirik”, komputer, ingilis dili kursları və poeziya , rəqs,  rəsm, dizayner dərnəkləri , elektron kitabxana fəaliyyət göstərir.
Rayon Gənclər evində də ingilis dili və komputer kursları,Şahmat dərnəyi fəaliyyətə başlamışdır.Gənclər evində yeni inşa edilmiş müasir standartlara cavab verəcək hərbi kabinet,atıcılıq tiri,elektron tir yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda böyüməsinə,onların atıcılıq qabiliyyətinin inkişaf etdirilməsinə kömək edəcəkdir. Burda təşkil olunmuş məşğələlərdə yeniyetmə və gənclər atıcılıq hazırlığı üzrə nəzəri və praktiki biliklərə yiyələnəcəklər.
Yaradılmış qrup və dərnəklərə cəlb edilmiş yeniyetmə və gənclər arasında daha çox maraq yarandığından yaxın gələcəkdə mövcud qrup və dərnəklərin sayının artırılması nəzərdə tutulmuşdur.  

Keçidlər