Şriftin ölçüsü :

Saytın rəngi :

18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə idmanın futbol növü üzrə rayon birinciliyinə start verildi

02 oktyabr 2013 | 15:00

Oktyabrın 1-də Kürdəmir rayonunun Mərkəzi Stadionunda 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə ümumtəhsil məktəbləri  arasında idmanın futbol növü üzrə rayon birinciliyinə start verilmişdir.
Yarışın açılış mərasimində Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısınin  İctimai-siyasi və humanitar məsələləri üzrə müavini Əbülfət Mikayilov yarış iştirakçılarını salamladı və onlara uğurlar arzuladı .O,  öz çıxışında  ölkə idmançılarının beynəlxalq yarışlarda qazandığı uğurları Ölkə Prezidenti Cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının ən bariz nümunəsi kimi qeyd etmişdir.
Yarışda 16  ümumtəhsil məktəblərinin komandaları iştirak edir.
Açılış oyununda şəhər 6 saylı və Qarabucaq,Yenikənd və Xırdapay kənd tam orta məktəblərinin komandalarının oyunu keçirilmişdir.

Keçidlər