İqtisadi inkişaf naziri Kürdəmirdə vətəndaşları qəbul etdi
İqtisadi inkişaf naziri Şahin Mustafayev sentyabrın 21-də Kürdəmir şəhərində İmişli, Zərdab və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Heydər Əliyev Mərkəzində keçirilmiş qəbulda iqtisadi inkişaf naziri Şahin Mustafayev vətəndaşların müraciətlərini və təkliflərini dinləmişdir.Qəbul zamanı qaldırılan bir sıra məsələlər yerindəcə həllini tapmış,digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin aidiyyəti struktur bölmələrinə tapşırıqlar verilmişdir.Vətəndaşların İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələrlə bağlı müraciətləri isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınmış və nəzarətə götürülmüşdür.
Ümumiyyətlə ,qəbula gəlmiş vətəndaşlar sahibkarlıq fəaliyyəti,güzəştli kreditlərin verilməsi ,kənd yollarının tikintisi,qaz çəkilişi,sosial və s.məsələrlə bağlı müraciət etmişlər.
Qəbul zamanı həmçinin , sahibkarlara heyvandarlıq ,bağçılıq,mebel istehsalı və s. sahələr üzrə müzakirələr aparılmış və həmin layihələrin güzəştli qayda da maliyyələşdirilməsi üçün müvafiq göstərişlər verilmişdir.
Qəbul günü birbaşa müraciət edən vətəndaşlarda nazir Şahin Mustafayev tərəfindəmn qəbul edilmiş,hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilmiş,müraciətlərin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülmüşdür.
Qəbula gələn vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirmiş,yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq etmişlər.