Şriftin ölçüsü :

Saytın rəngi :

VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ!

18 aprel 2022 | 16:00

Kürdəmir Rayonu İcra Hakimiyyətində “Rəqəmsal icra hakimiyyəti” portalının tətbiqinə başlanılıb. Portal vətəndaş qəbulu, xidmətlər, elektron iştirakçılıq və məlumatlandırma bölmələri olmaqla 4 istiqamətdə vətəndaşlara xidmət göstərir.
“Vətəndaş qəbulu” bölməsi vasitəsilə rayonda yaşayan vətəndaşlar yerli icra hakimiyyəti orqanları ilə onlayn və ya yerində görüş təyin edə bilərlər.
“Xidmətlər” bölməsində elektronlaşdırılması mümkün olan xidmətlər təqdim olunub.
“Elektron iştirakçılıq” bölməsində yerli icra hakimiyyəti orqanları həyata keçirilməsi planlaşdırılan layihələr və yeniliklər haqqında vətəndaşların fikir və münasibətlərini öyrənə biləcəklər. Bununla yanaşı burada vətəndaşlar və yerli icra hakimiyyəti orqanları onlayn sorğu yaratmaq və vətəndaş səsvermələrini izləmək imkanı əldə edəcəklər.
“Məlumatlandırma” bölməsi vasitəsilə yerli icra hakimiyyəti orqanları tərəfindən görülən işlər haqqında məlumat əldə etmək mümkündür.
Vətəndaş rih.gov.az portalından qeydiyyatdan keçərək İcra Hakimiyyəti tərəfindən göstərilən elektron xidmətlərdən istifadə edə bilər. “Rəqəmsal icra hakimiyyəti” portalının tətbiqi qərar qəbul etmə prosesində operativliyin artırılmasına, vahid məkandan xidmətlərə çıxışın təmin edilməsinə, vətəndaşların vaxtına qənaət etməsinə, müraciət prosesinin asanlaşdırılmasına, habelə yerli icra hakimiyyətlərinin fəaliyyətində çeviklik və səmərəliliyin təmin edilməsinə hədəflənib.
Video: Rəqəmsal İcra Hakimiyyəti https://www.youtube.com/watch?v=lxpMm9Vtwt4

Keçidlər