Şriftin ölçüsü :

Saytın rəngi :

Ekologiya və təbii sərvətlər naziri Kürdəmirdə vətəndaşları qəbul edib.

16 aprel 2022 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən aprelin 15-də ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Kürdəmir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Qəbuldan sonra Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov ağacəkmə aksiyasında iştirak ediblər.

Keçidlər