Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib.

14 aprel 2022 | 16:00

Aprelin 14-də Kürdəmir rayon Mərkəzi stadionunda rayonun 43 ümumtəhsil məktəbin komandalarının iştirakı ilə “Şahin” hərbi-idman oyununun rayon birinciliyi  keçirilib.
Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməkdən ibarətdir. 
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin, Kürdəmir  rayon  Gənclər və İdman İdarəsinin, rayon Təhsil şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin əməkdaşları və rayon  ərazisində yerləşən “N” saylı hərbi hissənin zabitləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb . Daha sonra Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra yarışa start verilib. Sıra hazırlığını  Səfərbərlik  və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinin  və Kürdəmir rayonunun  ərazisində yerləşən “N” saylı hərbi hissənin zabitləri qəbul edib.
Yarış 5 mərhələdə keçirilib və münsiflər heyətinin verdiyi xalların nəticəsində  Çöhranlı kənd tam orta məktəbin şahinləri I yerə, şəhər 6 saylı tam orta məktəbin şahinləri II yerə, şəhər 1 saylı tam orta məktəbin şahinləri III yerə layiq görülüblər.
Rayon birinciliyinin qalibi olan Çöhranlı kənd tam orta məktəbin  komandası  “Şahin” hərbi-idman oyunu üzrə Yevlax rayonunda keçiriləcək zona mərhələsinə vəsiqə qazanıb.

Keçidlər