Kürdəmir rayonunda pambıq əkininə başlanılıb.
13 aprel 2022 | 16:00
Aprelin 13-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov əkin sahələrinə baş çəkib, pambıq səpini prosesində iştirak edib. Çiyid səpini və əkin işlərinin sürətlə davam etməsi, suvarma suyunun, eləcə də fermerlərin lazımi xüsusi texniki vasitələr ilə təmin olunması barədə öz tapşırıqlarını verib və fermerlərə gördükləri əziyyətli işdə uğurlar arzulayıb.
Cari ildə Kürdəmir rayonunda 2093 hektara yaxın ərazidə pambıq əkini nəzərdə tutulub, onlardan 500 hekara yaxın sahədə əkin işləri aparılıb.
Görüşdə iştirak edənlər ölkəmizdə pambıqçılığın inkişafına göstərdiyi diqqət və qayğıya görə Ölkə Prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.