Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunun Xınıslı kəndində səyyar qəbul keçirilib.

07 aprel 2022 | 16:00

Aprelin 7-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov növbəti səyyar qəbulunu rayonun Karrar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Xınıslı kəndində keçirib.
Səyyar qəbulda rayonun hüquq mühafizə, idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Qəbulda giriş nitqi ilə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov vurğulayıb ki, Ölkə Başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar qəbulların əsas məqsədi yerlərdə sakinlərin müraciətlərini dinləmək və onları narahat edə biləcək məsələlərin həllinə nail olmaqdır.
Səyyar qəbulda sakinləri həssaslıqla dinlənilərək onları narahat edən məsələlər barədə məlumat toplanıb, bəziləri yerindəcə öz həllini tapıb.

 

Keçidlər