Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda Aprel döyüşlərinin ildönümü qeyd edilib.

02 aprel 2022 | 16:00

Aprelin 2-də Kürdəmir rayonunda 2016-cı ilin aprel ayında canlarından keçmiş şəhidlərin ildönümü qeyd edilib. Əvvəlcə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən  Azərbaycan Bayrağı ordenli şəhid pilot Əbubəkr İsmayılovun büstü ziyarət olunub, onun əziz xatirəsi ehtiramla yad edilib, şəhidin oxuduğu şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin ifasında kompozisiya nümayiş olunub.
Sonra Kürdəmir rayonunun Sığırlı kəndində Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş gizir Tural Qurbanovun məzarı ziyarət olunub, onun əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra Sığırlı kəndinin Vətən müharibəsi şəhidləri Ziya Nurməmmədovun, Mansur Ağayevin, Feyruz Tarverdiyevin və I Qarabağ müharibəsi şəhidləri Famil Həşimovun və Cabbar Əsgərovun məzarları ziyarət olunub.

Keçidlər