Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunun Cəyli kəndində səyyar qəbul keçirilib.

17 mart 2022 | 16:00

Martın 17-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov növbəti səyyar qəbulunu rayonun Cəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakinləri ilə keçirib.
Səyyar qəbulda rayonun hüquq mühafizə, idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Qəbulda Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov giriş nitqi ilə çıxış edərək vurğulayıb ki, ölkəmizdə  Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 2004-cü ildən uğurla icra olunan Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları nəticəsində bölgələrdə şəhər, qəsəbə və kəndlərin siması köklü şəkildə dəyişib, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilib, hazırda dövlət proqramının icrası uğurla davam etdirilir.
Qəbul zamanı kənd sakinlərinin arzu və təklifləri həssaslıqla dinlənilərək onları  narahat  edən məsələlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.
Səyyar qəbuldan sonra İcra Başçısı Cəyli kəndində I Qarabağ müharibəsi şəhidi Taleh Şıxalıyevin məzarını ziyarət edib, şəhidin ailəsi ilə görüşüb, onların qayğılarıyla maraqlanıb.

Keçidlər