Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı Köhünlü və Sovla kəndlərində şəhid ailələri ilə görüşüb

11 mart 2022 | 16:00

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Köhünlü və  Sovla  kəndlərində  I Qarabağ müharibəsi şəhidləri Teymur Cəfərovun, Şamil Gülməmmədovun, Kamil Gülməmmədovun və  Vətən müharibəsi şəhidi Oruc Soltanovun məzarlarını ziyarət edərək onların əziz xatirəsini ehtiramla yad edib.
Daha sonra İcra Başçısı şəhid ailələri ilə görüşüb, onların  problemləri ilə maraqlanıb, şəhidlərimizə  Allahdan  rəhmət,  ailələrinə səbr diləyib. O, Vətənimizin ərazi  bütövlüyü  uğrunda  canlarından keçən şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu vurğulayıb və belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə görə şəhid valideynlərinə təşəkkürünü bildirib.

Keçidlər