Kürdəmir rayonunun Köhünlü kəndində səyyar qəbul keçirilib.
Martın 10-da Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov növbəti səyyar qəbulunu rayonun Köhünlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakinləri ilə keçirib.
Səyyar qəbulda rayonun hüquq mühafizə, idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Qəbulda Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov giriş nitqi ilə çıxış edərək vurğulayıb ki, Ölkə Başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar qəbulların əsas məqsədi yerlərdə sakinlərin müraciətlərini dinləmək və onları narahat edə biləcək məsələlərin həllinə nail olmaqdır.
Qəbul zamanı kənd sakinlərinin arzu və təklifləri həssaslıqla dinlənilərək onları narahat edən məsələlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.