Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət olunub.
Martın 3-də Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Elxan İbrahimov Mollakənd və Ərəbxana kəndlərində Vətən müharibəsi şəhidləri Tural Eyyubovun və Pərviz Novruzovun məzarlarını ziyarət edərək onların əziz xatirəsini ehtiramla yad edib.
Daha sonra Elxan İbrahimov şəhid ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıb, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyib. O, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu vurğulayıb və belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə görə şəhid valideynlərinə təşəkkürünü bildirib.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.