Şriftin ölçüsü :

Saytın rəngi :

Mollakənd kəndində səyyar qəbul keçirilib

03 mart 2022 | 16:00

Martın 3-də Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Elxan İbrahimov  ilk səyyar qəbulunu Mollakənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakinləri ilə keçirib.
Səyyar qəbulda Kürdəmir RİHB aparatının məsul işçiləri, rayonun hüquq mühafizə, idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda giriş sözü ilə çıxış edən Elxan İbrahimov Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən danışaraq tarixi zəfərin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından söz açdı, Vətən müharibəsi zamanı ordumuzun göstərdiyi şücaətdən bəhs edərkən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdi, qazilərimizə şəfalar dilədi.
Həmçinin qeyd edib ki, Ölkə Başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən belə qəbulların əsas məqsədi sakinlərin müraciətlərini dinləmək və qısa bir zamanda həllinə nail olmaqdır.
Qəbulda Mollakənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Mollakənd, Ərəbxana, Türkədi və Çərtəyəz kənd sakinləri çıxış edərək qəzalı vəziyyətdə olan elektrik dirək və naqillərinin dəyişdirilməsini, məşğulluq məsələləri, örüş torpaq sahəsinin ayrılması və sair məsələlər barədə müraciətlər ediblər.
Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verdi. 

Keçidlər